AZ

Bakının hansı küçələrində sıxlıq var?

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
3. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
4. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
5. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
6. Babək prospekti, mərkəz istiqamətində;
7. Qara Qarayev prospekti, metronun "Qara Qarayev" stansiyasından metronun "Koroğlu" stansiyası istiqamətində;
8. Sabunçu-Zabrat şosesi, metronun "Koroğlu" stansiyası istiqamətində;
9. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
11. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
24
oxu.az

10Mənbələr