AZ

Naxçıvanda itlərə işgəncə verənlər saxlanıldı

Sosial şəbəkələrdə bir qrup şəxsin uşaqların gözü qarşısında itləri boğuşduraraq onlara işgəncə verdiklərini əks etdirən görüntülər yayılıb.

Teleqraf.com xəbər verir ki, araşdırma zamanı videonun Naxçıvan Muxtar Respublikası ərazisində çəkildiyi məlum olub.

Həssas görüntü ortaya çıxdığı üçün təqdim edə bilmədiyimiz kadrlar yayıldıqdan dərhal sonra polis hərəkətə keçib.

Əldə etdiyimiz məlumata görə, Naxçıvan MR polisi tərəfindən heyvana işgəncə verilməsinə şərait yaradan şəxslərin hamısı saxlanılıblar.

Onlar barəsində qanunauyğun tədbir görülüb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
12
bakuinform.agency

10Mənbələr