AZ

Fələstinin üç Avropa ölkəsi tərəfindən tanınmasına Ağ Evin REAKSİYASI

ABŞ prezidenti Co Baydenin administrasiyası Fələstinin İrlandiya, Norveç və İspaniya tərəfindən tanınmasını faydalı hesab etmir, lakin bunun niyə baş verdiyini anlayır.

Qaziler.az bildirir ki, bu barədə “Politico” mənbələrə istinadən yazır.

Materialda qeyd olunur ki, Vaşinqton üç Avropa ölkəsinə onların qərarının fayda verməyəcəyini açıq şəkildə bəyan edib, çünki Birləşmiş Ştatlar Fələstinin suveren dövlət kimi tanınmasının HƏMAS-ı gücləndirə biləcəyindən ehtiyat edir.

Qeyd edək ki, mayın 22-də Norveç hökuməti Fələstin dövlətinin müstəqilliyini tanıdığını rəsmən elan edib. Qərar mayın 28-dən qüvvəyə minəcək. Norveçdən sonra Fələstinin müstəqilliyi İrlandiya və İspaniya tərəfindən tanınıb.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
10
qaziler.az

10Mənbələr