AZ

Şuşanın iki məktəbi Xocalının tabeliyinə verilir

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların Siyahısı”nda dəyişikliklər edilib.

"Unikal" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar verib.

Qərara əsasən, “Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəb” sözləri “Xocalı rayonu Malıbəyli kənd tam orta məktəbi”; “Şuşa rayonu Quşçular kənd tam orta məktəb” sözləri isə “Xocalı rayonu Quşçular kənd tam orta məktəbi” sözləri ilə əvəz ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
50
unikal.az

10Mənbələr