AZ

Ötən il vergi borclarında 421 mln. manat artım baş verib

Ötən il vergi borclarında 421 milyon manat artım baş verib.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev deyib.

İlkin Vəliyev qeyd edib ki, borcların artım trendi hesablamaların artım trendinə uyğun gedir: “2023-cü ildə bizim hesabladığımız vergi 16 milyard manatdan biraz çox olub. Yəni burda 16 milyard manatdan hesabladığımız vergidir, 421 milyon manat isə qalıq borcdur. Qalıq borc 3%-dən də azdır. Əsas borclar məhkəmə ilə mübahisələndirilən borclardır və burda son qərarı məhkəmə verir. Əsas suallardan biri də odur ki, biz nəyi borc kimi tanıyırıq ? Bu məsələni də müzakirə etmək olar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
14
banker.az

10Mənbələr