AZ

Ötən il ərzaq təhlükəsizliyi üçün ayrılan vəsait açıqlanıb

Ötən il ərzaq təhlükəsizliyi üçün ayrılan vəsait açıqlanıb.

Bu, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.

Hesabata əsasən, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi ölkədə həyata keçirilən sosial iqtisadi siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Aqrar sahədə aparılan islahat tədbirlərinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı tələb olunan əlavə xərclər də nəzərə alınmaqla, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 457,7 milyon manat vəsait sərf edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
30
banker.az

10Mənbələr