Bu gündən etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Qasırğanın şiddəti zaman-zaman güclənəcək. Qlobal.net referans.az-a istinadla xəbər verir ki, zəif səviyyəli qasırğa bu axşam saat 21:00-dan etibarən hiss edilməyə başlayacaq. Geomaqnit qasırğası ayın 24-ü 21:00-da güclənərək yerini az güclü geomaqnit qasırğasına verəcək və 25-i 15:00-dək davam edəcək. Qasırğa mayın 26-da da 18:00-dan 21:00-dək davam edəcək. Martın 27-dən etibarən geomaqnit qasırğasının səngiyəcəyi gözlənilir. Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.