AZ

Yalçın Rəfiyev:Maliyyələşdirmə və şəffaflıq iqlim məqsədlərinə çatmağın yoludur

Maliyyələşdirmənin artırılması və şəffaflığın təmin edilməsi qlobal istiləşməni 1,5 dərəcə altında saxlamaq üçün əsas amildir.

Avtosfer.az xəbər verir ki, bunu Yaponiyanın "Nikkey" nəşrinə müsahibəsində COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev deyib.

Y.Rəfiyev vurğulayıb ki, ölkələr Paris sazişi çərçivəsində öhdəliklərini yerinə yetirmək, o cümlədən 1,5 dərəcə hədəfinə nail olmaq üçün iddialı addımlar atmağa davam etməlidir: “COP29-da, inkişaf etmiş ölkələrin iqlim fəaliyyətinə ildə 100 milyard ABŞ dolları səfərbər etmək üçün yeni maliyyələşdirmə hədəfi qəbul etməyə hazırlaşır. Hazırkı maliyyə axını ölkələrə keçid prosesini uğurla başa çatdırmaq üçün kifayət etmir”.

Baş danışıqçı hökumət səviyyəsində öhdəliklərə əlavə olaraq, Dünya Bankı və Asiya İnkişaf Bankı kimi transmilli inkişaf banklarının, eləcə də özəl şirkətlərin investisiyaların təşviqində mühüm rolunu vurğulayıb.

Y.Rəfiyev bildirib ki, iqlimlə bağlı səylər üzrə ölkələrin şəffaflığı və hesabatlılığı bu vəsaitlərin inkişaf etməkdə olan ölkələrə əlçatan olması üçün əsas əhəmiyyət kəsb edəcək.

COP29-un Baş danışıqçısı Azərbaycanda qlobal istiləşmə ilə mübarizə sahəsində həyata keçirilən tədbirlərdən də danışıb.

O qeyd edib ki, Azərbaycan neft və qaz ixracatçısı olsa da, ölkə bərpa olunan enerji mənbələrinə sərmayə yatırmaqda davam edir və metan emissiyalarının azaldılması üçün bütün səyləri göstərir. O, həmçinin ölkənin ən böyük neft və qaz hasilatı olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2050-ci ilə qədər emissiyaları sıfıra endirmək məqsədini xatırladıb.

(report)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
2
avtosfer.az

10Mənbələr