AZ

SosialXƏBƏRDARLIQ - Mayın 23-dən 27-dək...

SİZİN REKLAM BURADA!055 213 76 73

Bu gündən etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Qasırğanın şiddəti zaman-zaman güclənəcək. 

Far.Az xəbər verir ki, zəif səviyyəli qasırğa bu axşam saat 21:00-dan etibarən hiss edilməyə başlayacaq. Geomaqnit qasırğası ayın 24-ü 21:00-da güclənərək yerini az güclü geomaqnit qasırğasına verəcək və 25-i 15:00-dək davam edəcək.

Qasırğa mayın 26-da da 18:00-dan 21:00-dək davam edəcək.

Martın 27-dən etibarən geomaqnit qasırğasının səngiyəcəyi gözlənilir. 

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.

 

Far.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
49
far.az

10Mənbələr