AZ

İsrail Rəfahda irəliləyir

İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücumları davam edir.

News24.az xəbər verir ki, əvvəllər Rəfahın şərqində yerləşdirilən İsrail tankları şəhərin mərkəzindəki Yibna məhəlləsi ətrafında yerləşdirilib.

Şiddətli toqquşmalar oldu.

Qeyd edək ki, HƏMAS İsrail qüvvələrinə cavab verib. Qəssam Briqadaları İsrailin iki zirehli avtomobilini tank əleyhinə raketlərlə vurduqlarını açıqlayıb.

"The Times Of Israel”in yazdığına görə, İsrail ordusu may ayının əvvəlindən Rəfahda olan 162-ci diviziyaya qoşulmaq üçün “Nahal” briqadasını Rəfah şəhərinə göndərib.

Givati Briqadası, 401-ci Briqada, Komando və Negev birliklərindən sonra Nahal Briqadası Rəfahdakı quru hücumlarında iştirak edən 5-ci hərbi hissə olub.

İsrail ordusundan verilən açıqlamada, hücumların Rafah şəhərinin Braziliya və Əl-Şəbura məhəllələrində həyata keçirildiyi bildirilib.

Şahidlər bildiriblər ki, İsrail ordusu Qəzza zolağının cənubundakı Filadelfiya dəhlizində (Qəzza ilə Misir arasındakı sərhəd) Rəfah şəhərinin qərbində quru hücumlarını genişləndirib.

İsrail hərbi maşınlarının Filadelfiya dəhlizində, Rəfah şəhərinin Misir sərhədinə paralel məhəllələrində irəlilədiyini bildiriblər.


Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
50
news24.az

10Mənbələr