AZ

Cennifer Lopes ərinin keçmiş arvadından kömək istədi

Müğənni Cennifer Lopes kömək üçün Ben Afflekin keçmiş həyat yoldaşı Cennifer Qarnerə müraciət edib.
İnsayderin sözlərinə görə, Ben Affleklə Cennifer Lopes arasındakı münasibətlərdə problemlər aktyorun yenidən spirtli içkiyə aludə olması ilə bağlı ola bilər. Mənbənin sözlərinə görə, müğənni Cennifer Qarnerlə yaxınlaşıb və ondan nikahın xilasına kömək etməsini istəyib.
"Cey Lo Cenə ürəyini açıb danışıb, çünki o bilir ki, Cen onun nələr yaşadığını anlayan nadir insanlardan biridir. Onların hər ikisi eyni problemlərlə üzləşib", - deyə insayder bildirib.
Xatırladaq ki, keçən həftə məşhurların münasibətlərində ciddi problemlər olduğu bildirilmişdi.
Mənbə: Daily Mail
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
162
50
oxu.az

10Mənbələr