AZ

Türkiyəli musiqiçi səmada "İzmir marşı"nı ifa etdi

Türkiyənin Kırşehir bölgəsində musiqi müəllimi işləyən, 38 yaşlı Yavuz Demirci paraplanla uçuş zamanı skripka ilə "İzmir marşı"nı ifa edib.
Paraplan pilotu olan 39 yaşlı Ali Öztürk UNESCO-nun "Musiqi şəhəri" olaraq tanıdığı Kırşehirdə fərqli bir görüntü yaratmaq istəyib. Buna görə də musiqi müəllimi olan əmisi oğlu Yavuz Demirci ilə birlikdə uçuş edib. Onlar havaya qalxdıqları zaman səmada Türkiyə bayrağını açıblar. Daha sonra Demirci özü ilə gətirdiyi skripkada "İzmir marşı"nı səsləndirib.
Təxminən 15 ildir musiqi ilə məşğul olduğunu deyən Yavuz Demirci bunun çox fərqli bir təcrübə olduğunu bildirib. "Bu, qətiyyən səhnədə, məşqdə, evdə, təbiətdə ifa etməyə bənzəmir", - deyə o qeyd edib.
Ali Öztürk beş ildir paraplan paraşütü ilə maraqlandığını bildirib:
"Bu, unutmayacağım bir xatirə oldu".
Həmin görüntüləri təqdim edirik:
Mənbə: DHA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
50
oxu.az

10Mənbələr