AZ

Paytaxtda dağılmaq təhlükəsi ilə üz-üzə olan tarixi hamam reyestrə daxil ediləcək

Yasamal rayonu, Süleyman Tağızadə küçəsi 76 ünvanında yerləşən tarixi hamam daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil ediləcək.
Bu barədə "Report"a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, həmin tarixi tikili reyestrə daxil edilməsi üçün qeydiyyata alınıb və lazımi sənədləşmə işləri aparılıb.
Hamamın reyestrə daxil edilməsi istiqamətində işlər davam etdirilir. Tarixi tikili xüsusi mülkiyyətdədir.
Xatırladaq ki, sosial şəbəkələrdə həmin yeraltı hamamın fotoları yayılmışdı. Bakı sakinləri fərdi həyətin içərisində olan bu tarixi tikilinin qorunmadığını, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını qeyd ediblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
50
oxu.az

10Mənbələr