AZ

İranın Rusiyadakı səfiri helikopter qəzası ilə bağlı versiyalardan DANIŞDI

"İran Prezidenti İbrahim Rəisinin göyərtəsində olduğu helikopterin qəzaya uğramasının əsas versiyası əlverişsiz hava şəraiti hesab olunur".

Publika.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali "News.ru"ya bildirib.

Onun sözlərinə görə, hazırda hadisə ilə bağlı araşdırmanın nəticələrini səbirlə gözləyirlər.

"Bu nöqtədə bildiyimiz odur ki, qəzaya əlverişsiz hava şəraiti səbəb olub. Aidiyyəti orqanlar bu işi araşdırır və bu gün biz bununla bağlı şərh verə bilmərik", - deyə o vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
213
7
publika.az

10Mənbələr