AZ

İran səfiri Rəisinin helikopterinin qəza səbəbini açıqladı

İran Prezidenti İbrahim Rəisinin də olduğu helikopterin qəzaya uğramasının əsas versiyası pis hava şəraiti hesab edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali “NEWS.ru”ya bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı araşdırmanın nəticələrini səbirlə gözləmək qalır: “Bu nöqtədə bildiyimiz odur ki, qəzaya pis hava şəraiti səbəb olub. Aidiyyəti orqanlar bu məsələni araşdırır və biz bu barədə şərh verə bilmərik”.

Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
16
teleqraf.com

10Mənbələr