AZ

Rusiyada məşhur aktrisa vəfat edib

Məşhur aktyor Mixail Puqovkinin dul arvadı, Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının Kino Prosesinin Prodüserlər və Təşkilatçılar Gildiyasının üzvü İrina Puqovkina-Lavrova 83 yaşında vəfat edib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə  Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti məlumat yayıb. 

 

 

 Ölümün səbəbləri açıqlanmır.

 

Lavrova-Puqovkina uzun illər Kino Təbliğat Bürosunun Yalta şöbəsində çalışıb, burada sənətçilərin çıxışlarını və onların tamaşaçılarla görüşlərini təşkil edib.

 

1991-ci ildə qadının toyu Mixail Pugovkin ilə baş tutub. Cütlük sənətçinin ölümünə qədər təxminən 18 il birlikdə yaşayıb.

 

Lavrova-Puqovkina son günlərinə qədər mərhum ərinin xatirəsini yaşatmağa çalışıb.

 

Onun iştirakı ilə Rostov-na-Donuda Mixail Pugovkin Mərkəzi yaradılıb.

 

O, həmçinin öz vəsaitindən aktyorun Krımda əvvəllər oğurlanmış xatirə lövhəsini bərpa etmək üçün istifadə edib.

 

İrina Pugovkina-Lavrova ilə vida mərasimi mayın 23-də Voskresenskdə baş tutacaq.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
50
oxu24.com

10Mənbələr