AZ

Hazır əlavə qidalar uşağın həyatında problemə səbəb ola bilər

“Təəssüf ki, müasir dünyamızda süni, habelə hazır əlavə qidalar günü-gündən artır. Bu cür qidaların tərkibində istifadə olunan rəngləndirici və dadlandırıcı maddələr, istər uşaq yaşlarında, istərsə də gələcəkdə hər bir uşağın həyatında problemə səbəb ola bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyinin Səhiyyə siyasətinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova deyib.

Onun sözlərinə görə, hazır meyvə şirələri, meyvəli yoqurtlar, uşaqlar üçün olan meyvə püreləri, şokoladlar və digər qidaların tərkibində heç bir kalori dəyəri olmayan aspartam adlı sintetik maddə vardır ki, bu da normal şəkərdən dəfələrlə çoxdur:

“Bu və digər süni qidaların istifadəsi uşaqlarda allergiyaya və artıq çəkiyə səbəb olur. Belə ki, dünyada sübut edilib ki, süni qarışıqlarla bəslənən körpələrin bir çoxunda gələcəkdə piylənmə, şəkərli diabet və s. bu kimi fəsadlar ola bilər. Qarışıqlar əsasən inək və keçi südü ilə hazırlanır. Alimlərin araşdırmaları sübut edib ki, kobud heyvan zülalı yeni doğulmuşun bədəninə daxil olanda mənfi təsir edə bilər”.

A.Zeynalova bildirib ki, beyinlə, intellektlə bağlı maddələr yalnız ana südündə var:

“Buna görə də, insan südü ilə böyüyənlərin intellektual potensialı, zəkası, dərrakəsi eyni şəraitdə süni qarışıqlarla böyüyən uşaqdan daha çoxdur. Həmçinin, ana bütün immunitetə cavabdeh faktorları övladına süd vasitəsilə ötürür. Buna görə, ana südü ilə qidalandırılanların immuniteti daha möhkəm olur”.

Həkim onu da deyyib ki, süni qidalardan çox istifadə vitamin çatışmazlığına səbəb olur. Onun sözlərinə görə bu qidalar onların qida tələbatını ödəmir.

Bildirib ki, həmin uşaqlar həddindən artıq kök olurlar amma bu normal köklük deyil.

Ana südü ilə qidalanan uşaqların arıq olması isə normaldır: 

"Bununla beıə uşağın çəkisi yoxlanılmalıdır".

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
2
bakivaxti.az

10Mənbələr