AZ

Mərkəzi Bank rəsmisi: "Sığorta bazarının miqyas və dərinliyi genişləndirilməlidir"

"Son 20 ildə Azərbaycan iqtisadiyyatında müsbət irəliləyiş qeydə alınıb. Hazırda ölkə iqtisadiyyatı öz yeni mərhələsinə qədəm qoyub. Əsas prioritetlər təyin edilib və 2026-cı il üçün strategiya hazırlanıb".
Oxu.Az xəbər verir ki, bunu "Katastrofik Risklərə qarşı Dayanıqlı Maliyyə Sistemi" konfransında çıxış edən Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Rəşad Orucov deyib.
O bildirib ki, Azərbaycan maliyyə bazarlarında da davamlı inkişaf və artım müşahidə edilir:
"Mərkəzi Bank maliyyə bazarlarının sabitliyini, nəzarəti həyata keçirir. Mərkəzi Bankın əsas məqsədi qanunla müəyyən edilmiş sərhədlər çərçivəsində maliyyə sisteminin bütün sektorunda maliyyə dayanıqlılığını təmin etməkdir. Ötən dövrdə sığortaya ictimai inamın formalaşması üçün sığorta xidmətlərinin infrastrukturu yaxşılaşdırılıb.
Son 5 ildə sığorta bazarının həcmi 2 dəfə böyüyüb. Lakin sığorta bazarının hələ də reallaşdırılmamış potensialı mövcuddur. Sığorta bazarının miqyas və dərinliyi genişləndirilməlidir. Çünki dünyada son dönəmlərdə qeydə alınan katastrofik risklər, zəlzələlər buna qarşı maliyyə risklərinin müzakirəsinə və dayanıqlı maliyyə forlamalaşmasına sövq edir. Düşünürük ki, bu istiqamətdə müzakirə və təkliflər olacaq".
Daha çox şəkil burada: PhotoStock.az
Könül Cəfərli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
50
oxu.az

10Mənbələr