AZ

Neftimiz neçəyə satılır?

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.72 ABŞ dolları və ya 0.84% azalaraq 84.23 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, "Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 82,31 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
49
qaynarinfo.az

10Mənbələr