AZ

Mədəniyyət siyasətiUNESCO-nun mənzil-qərargahında “Rəmzlərin rəqsi” adlı kəlağayı sərgisinin açılışı olub

UNESCO-nun mənzil-qərargahında Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi, Azərbaycanın Fransadakı səfirliyi və MEZO-nun birgə təşkilatçılığı ilə Azərbaycanın milli qadın baş örtüyü kəlayağıya həsr olunmuş sərgi və onun hazırlanmasının nümayişi keçirilib.

“Report”un Fransa bürosu bildirir ki, “Harmoniya simfoniyası: ipək zərifliyi onilliyi, Kəlağayı – UNESCO-nun irsi” adlı tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, təşkilatın icra şurasının direktoru Vera El Khoury, MEZO-nun layihə rəhbəri, professor Nabat Qaraxanova, diplomatlar, jurnalistlər, fransalı incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev dekorativ-tətbiqi sənət məhsulları içərisində orijinal bəzək texnikasına malik, Azərbaycanın milli incəsənətinin tərkib hissəsi olan kəlağayı, onun Azərbaycan xalqı üçün daşıdığı mənəvi dəyəri, tarixi haqqında danışıb.

Tədbirdə qonaqlara “Şah buta”, “Saya buta”, “Xırda buta” kələyağılarının hazırlanması nümayiş olunub. Usta qəlibi yağa batıraraq kəlağayının kənarı boyunca basaraq naxışların həkk olunmasını göstərərək izah edib. Qonaqlar tədbir zamanı qoz və palıd ağaclarından hazırlanan ornamental taxta qəliblərdən istifadə edərək kəlağayılara bəzəklər vurublar. Tədbirdə qonaqlara Azərbaycanın ilk süni intellektlərindən olan Şuşa xanımın “Rəmzlərin rəqsi” sərgisi nümayiş olunub. Sərgidə Azərbaycanın mədəni irsi olan kəlağayı sənəti, onun zəngin motivləri və simvolları Artırılmış Reallıq (AR) texnologiyası vasitəsilə canlandırılıb. Bu sərgidə Azərbaycanın tarixi və mədəni zənginliyi sənətsevərlərə texnologiyanın sərhədlərini aşaraq yeni müstəvidə təqdim edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
3
far.az

10Mənbələr