Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 21-də Dohaya işgüzar səfəri çərçivəsində Qətər Milli Təhlükəsizlik Şurasının baş katibinin müavini Həməd Xamis Əl-Kubaisi ilə görüşüb.
BiG.AZ xəbər verir ki, tərəflər Ermənistan-Qətər münasibətlərinin inkişaf perspektivlərini, o cümlədən iqtisadi, təhlükəsizlik və regional məsələlərdə mümkün əməkdaşlıq yollarını müzakirə ediblər.
Həmsöhbətlər regional təhlükəsizlik vəziyyətinə də toxunublar.
BiG.Az