AZ

Samur çayı üzərində avtomobil körpüsünün istismarı qaydaları müəyyənləşir

“Samur”-“Yaraq-Qazmalar” buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı, onlara xidmət göstərilməsi qaydaları müəyyənləşir.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Mili Məclisin mayın 21-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Bu il martın 5-də Bakı şəhərində imzalanmış Saziş müzakirələrdən sonra təsdiq edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
35
yeniazerbaycan.com

10Mənbələr