AZ

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.

Korrespondent.az xəbər verir ki, artıq bununla bağlı deputatlardan imzalar toplanılıb.

Parlamentin növbədənkənar sessiyasının iyun ayında keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
49
korrespondent.az

10Mənbələr