AZ

Türkiyə və Azərbaycan Prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon əlaqəsi saxlayıb.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, telefon danışığı zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal hadisələr müzakirə edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin müsbət irəliləyişindən məmnunluğunu ifadə edərək, Türkiyənin prosesi yaxından izlədiyini bildirib.
Rəcəb Tayyib Ərdoğan regionda ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, eləcə də bölgə ölkələri üçün yeni bir mühit yaradacağını vurğulayıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
1
trt.net.tr

10Mənbələr