AZ

Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Kanada iki Rusiya vətəndaşı və altı şirkətə qarşı onları KXDR-dən Rusiya Federasiyasına silah ötürülməsində iştirakda ittiham edərək sanksiyalar tətbiq edib.

 

Oxu24.com  xəbər verir ki, bu barədə Şimali Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunur ki, sanksiyalar Şimali Koreyadan Rusiyaya silah ötürülməsi ilə əlaqəli olduğu iddia edilən “Rusiya şirkətinin iki yüksək vəzifəli nümayəndəsi”nə, habelə Kanadanın da bu fəaliyyətlərdə iştirak etdiyini düşündüyü altı hüquqi şəxsə qarşı tətbiq edilib.

 

Bundan əvvəl İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani bildirib ki, İtaliya Rusiyada fəaliyyət göstərən şirkətlərini sanksiyaların nəticələrindən qorumaq niyyətindədir.

 

Mayın 21-də ABŞ-ın maliyyə naziri Canet Yellen Frankfurtda bankirlərlə görüşdə dollar sisteminə çıxışı itirməmək üçün onlardan anti-Rusiya sanksiyalarına əməl etmək üçün tədbirləri gücləndirməyi tələb edib.

 

Bundan əvvəl Fransa anti-Rusiya sanksiyalarının vurduğu zərərdən şikayətlənib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
202
44
oxu24.com

10Mənbələr