AZ

Azərbaycandakı "Akıncı" da Rəisinin helikopterinin axtarışı üçün hazır olub

İran prezidenti İbrahim Rəisi və bəzi rəsmilərin də olduğu helikopterin qəzaya uğraması ilə bağlı axtarış işlərinə Türkiyənin təyin etdiyi “Akıncı” pilotsuz uçuş aparatı bütün dünyada səs-küyə səbəb olub.

"Unikal" xəbər verir ki, Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar  pilotsuz uçuş aparatı ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycandakı “Akıncı” pilotsuz uçuş aparatı da İran Prezidentinin helikopterinin qəzaya uğradığı yerdə axtarışlar aparmaq üçün hazır vəziyyətdə olub:

"Komanda yoldaşlarımla işdə idim. Bu işin texniki dəstəyi ilə bağlı Batman, Van və Azərbaycandakı dostlarımızla koordinasiyalı şəkildə çalışdıq. Azərbaycanda da PUA var idi, oradakı dostlarımız da hazır idi. Düşünürəm ki, Türkiyə bu əməliyyatla dünyaya gözəl bir nümunədi. Bütün dünyaya iz qoyacaq bir əməliyyat həyata keçirdik. Bundan əlavə, qar, çovğun, hər cür hava şəraiti var idi. PUA tez bir zamanda hədəf əraziyə çatdı. O, belə gərgin hava şəraitində dərəyə girərək bu tapşırığı yerinə yetirdi". 

Gülayə Mecid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
50
unikal.az

10Mənbələr