AZ

ATMU nümayəndələri orta ümumtəhsil məktəblərində görüş keçiriblər - FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə Bakı şəhərinin müxtəlif rayon və qəsəbələrində yerləşən orta ümumtəhsil məktəblərində ATMU-nun tanıtım – təqdimatı olub.

"Unikal" xəbər verir ki, təbliğat-təşviqat tədbirlərinin təşkilində başlıca hədəf  şəhər məktəbliləri arasında savad və bacarığı ilə fərqlənən abituriyentlərin adıkeçən universitetin tələbə kontingenti sıralarında görməkdir. Azərbaycan Turizm və Menecment Universitetinin  təbliğat – təşviqat qrupunun üzvləri-Karyera və kommunikasiya şöbəsinin mütəxəssisi Lalə Qafarova, operator Əfsanə Hacıyeva, Xidmət şöbəsinin müdir müavini Arzu Qafarlı, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aytac Babayeva, Keyfiyyət təminatı şöbəsinin baş mütəxəssisi Firuzə Raşova, qurumun mütəxəssisi Alikper Rizayev, Turizm və qonaqpərvərlik fakültəsinin tyutoru Cavid Məmmədov bugünün abituriyentləri,sabahın tələbələri sayılan gənclər üçün keçirdikləri  təqdimat – görüşlərdə universitetin fəaliyyətində prioritet istiqamətlərdən sayılan ikili diplom proqramı, xaricdə təhsil, ölkədaxili və xaricdə təcrübə semestrinin təşkili,keçid balları və ixtisaslar, tələbəlik illərində müvafiq sahədə çalışmaq imkanı, qəbul qrupları və s. məsələlərdən bəhs ediblər. Ümumilikdə şəhərimizin 26 orta ümumtəhsil məktəbində baş tutan təqdimat – görüşlərə  900-ə yaxın abituriyent qatılıb. Tədbir iştirakçılarına ATMU-nun loqosu əks olunan  çap məhsulları- buklet, kitabça və broşurlar hədiyyə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
14
unikal.az

10Mənbələr