AZ

Deputat polislərin təhsil səviyyəsindən və maaşlarının azlığından şikayətləndi

“Polis nəfərlərinin təhsil səviyyəsi aşağıdır”.

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

“Ona görə də hərbidə olduğu kimi polislərə də kollec yaradılmalıdır və onlar orada kurs keçməlidir. Bununla bərabər polis olmaq istəyənlər testlə qəbul olmalıdır. Belə olmasa, onlar nə öz hüquq və vəzifələrini, nə də vətəndaşın hüquq və vəzifələrini mənimsəyə biləcək”.

O eyni zamanda polislərin maaşlarının aşağı olmasından narazı olduğunu dilə gətirərək polislərin maaşlarının artırılmasını təklif edib. “Baxmayaraq onlar əməkhaqlarından razı olsa da, amma aşağıdır və mən bu barədə dəfələrlə təkliflə çıxış etmişəm”, - o qeyd edib.

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
47
olke.az

10Mənbələr