AZ

İnsan alveri cinayətlərində deputatların potensialından istifadə olunsun - Deputat

İnsan alveri ilə bağlı cinayətlərin araşdırılmasında deptutların potensialından istifadə edilsə yaxşı olar. Bunu deputat Aydın Mirzəzadə deyib. 


"Təklif edirəm ki, bu cür cinayətlərin araşdırılmasında deputatların da potensialından istifadə edilsin. Deputatların məlumatlandırılması da yaxşı nəticələr verə bilər. Həmçinin insan alveri ilə bağlı hesabatın təqdimatında Ombudsmanın və Ailə,Qadın və Uşaq Komitəsinin olması məqsədəuyğun olardı”, - deputat mayın 21-də İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatına münasibət bildirərkən deyib. 

2023-cü il Azərbaycanda 159 (+2) insan alveri və 3 (sabit) məcburi əmək faktı, həmçinin insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 44 (sabit) cinayət aşkarlanıb. 23 Həmin faktlar üzrə 16 (+2) cinayət işi başlanılaraq 18 şəxs (+2, 15-i qadın, 3-ü kişi) təqsirləndirilən qismində cəlb edilib. Ümumilikdə 11 (-2) cinayət işinin (3-ü ötən illərin) istintaqı tamamlanıb 14 nəfər (-1, 11-i qadın, 3-ü kişi) məhkəmə məsuliyyətinə verilmiş, insan alverçilərinin 10-u (-2) haqqında ittihamedici hökmlər çıxarılıb. . Hesabat ilində 17-i (sabit) insan alveri, 3-ü (+2) fahişəliyə cəlb etmə, 1-i (-2) əxlaqsızlıq yuvaları saxlama cinayətlərinə görə 21 (-2) təqsirləndirilən şəxs yerli axtarışda olmuş, onlardan 9 (sabit) nəfəri, o cümlədən 5 (+2) insan alverçisi saxlanılaraq cinayət təqibi orqanına təqdim olunub.
 
Gülnar Nazimqızı

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
50
anews.az

10Mənbələr