AZ

Azərbaycanın daha bir paraatleti Yaponiyada dünya çempionu oldu

Azərbaycan paraatleti Orxan Aslanov Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında "T13" kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7,18 metr nəticə ilə dünya çempionu olub.
Milli Paralimpiya Komitəsindən Oxu.Az-a verilən məlumata görə, bu, paralimpiyaçımızın ilk dünya çempionluğudur.
Qeyd edək ki, iki gün əvvəl paraatletimiz Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda milli komandamıza ilk qızıl medalı qazanıb. Dünən isə Səid Nəcəfzadə uzunluğa tullanma üzrə yarışda eyni uğuru təkrarlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
315
8
oxu.az

10Mənbələr