AZ

Kosmosa uçan ən yaşlı insan o oldu - 90 yaş, 8 ay...

"Amazon" şirkətinin sahibi Jeff Bezosun kosmos turizmi layihəsi olan "Blue Origin" altı nəfəri kosmosa göndərib.

Azerforum bildirir ki, sərnişinlərdən biri kosmosa səyahət edən ən yaşlı insan (90 yaş, 8 ay və 10 gün) olmaqla tarix yazıb.

90 yaşlı Ed Dwight bu təcrübəni "həyatı dəyişdirən" kimi təsvir edib.

Raket mayın 19-u bazar günü səmaya buraxılıb. Səfər cəmi 10 dəqiqə davam edib.

O, əslində 1960-cı illərdə NASA ilə astronavt kimi təlim keçmək üçün seçilmişdi. ABŞ-ın ilk qaradərili astronavtı da ola bilərdi, amma son anda ekipaja götürməmişdilər.

Bunun əvəzinə o, rəssamlığa başladı və həyatının çox hissəsini məşhur qaradərili şəxslərin, o cümlədən Martin Lüter Kinq və Harriet Tubmanın heykəllərini düzəltməyə sərf etdi.

Murad
Azerforum.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
533
50
azerforum.com

10Mənbələr