AZ

Sunak buna görə ingilislərdən üzr istədi

Böyük Britaniyanın baş naziri Rişi Sunak 1970-ci illərdə baş verən qanköçürmə qalmaqalına görə Britaniya xalqından üzr istəyib.

"Unikal" xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunur ki, Britaniya hakimiyyət orqanları 1970-ci illərdə qanköçürmə nəticəsində minlərlə xəstənin HİV və hepatitə yoluxması ilə bağlı 5 illik araşdırmanın nəticələrini əks etdirən hesabat dərc ediblər. Hesabatın müəllifləri hesab edirlər ki, Britaniya hakimiyyəti faciənin miqyasını gizlədib. Məlum olub ki, 1970-1990-cı illər arasında 30 min insan hepatit C və ya HİV-ə yoluxub.

Tədqiqatçılar Britaniya hökumətini günahlandırıblar. Sunak vəziyyəti şərh edərkən bunun heç vaxt olmamalı olduğunu deyib və üzr istəyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
48
unikal.az

10Mənbələr