AZ

Xocəsəndə yol qəzasında 25 yaşlı gənc yaralanıb

Bakının Binəqədi rayonunda 25 yaşlı gənc yol qəzasında xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Xocəsən qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü İsgəndərov Coşqun Saməddin oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır .

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
45
report.az

10Mənbələr