AZ

İrəvanda anım mərasimi Azərbaycan məscidində keçiriləcək

Mayın 23-də saat 18:30-da İrəvanın Göy məscidinin iclas zalında İran Prezidenti İbrahim Rəisinin və onu müşayiət edən nümayəndə heyətinin üzvlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyinin Mədəniyyət Mərkəzindən bildirilib. Qeyd edilib ki, tədbir açıqdır və arzu edənlər şəhidlərin ruhuna ehtiramlarını bildirmək üçün Göy məscidə gələ bilərlər.

Qeyd edək ki, Ermənistan bütün ölkədən, o cümlədən İrəvandan azərbaycanlılara aid olan mədəniyyət və tarixi abidələri məhv edib. Göy məscid İrəvanda saxlanılan yeganə Azərbaycan abidəsidir. Bu abidəni İran təmir edib və təmir zamanı Azərbaycan memarlığının izləri silinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
1
buta.tv

10Mənbələr