AZ

Ərdoğan İlham Əliyevə zəng etdi



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti Əliyev arasında telefon danışığı olub.

Newscenter.az Türkiyə Prezidentinin İnformasiya və Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, görüşdə Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal hadisələr müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin müsbət irəliləyişindən məmnunluğunu ifadə edərək, Türkiyənin prosesi yaxından izlədiyini bildirib.

Türkiyə lideri bölgədə ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, həm də bölgə ölkələri üçün yeni bir ab-hava gətirəcəyini deyib.

Süleyman
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
1
newscenter.az

10Mənbələr