AZ

Türkiyədə milli matəm elan edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandakı axtarış əməliyyatından danışıb.
Dövlət başçısı Nazirlər Kabinetinin iclasından sonra açıqlama verərək, ölkəsində qardaş İran xalqı ilə həmrəylik əlaməti olaraq bir günlük matəm elan edildiyini bəyan edib.
"İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin həlak olduğu helikopter qəzasında PUA-ların əhəmiyyəti bir daha üzə çıxıb. "Bayraktar Akıncı" iranlı qardaşlarımızın xahişi ilə axtarış-xilasetmə əməliyyatlarında fəal iştirak edib. "Akıncı" çətin hava şəraitinə baxmayaraq, 2 100 kilometr uçub. Missiyasını uğurla başa vurduqdan sonra ölkəmizə qayıdıb", - deyə Ərdoğan bəyan edib.
Qeyd edək ki, Türkiyədə İran prezidenti və rəsmilərinin həlak olması ilə əlaqədar mayın 21-də ümummilli matəm elan edilib.
Mənbə: Haber Global
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
223
48
oxu.az

10Mənbələr