AZ

Putin Rusiyada qaz hasilatının artdığını açıqlayıb

Rusiyada ilin ilk dörd ayında qaz hasilatı artıb.

 

Oxu24.com xəbər verir  ki, müvafiq bəyanatı Rusiya prezidenti Vladimir Putin yanacaq-energetika kompleksinin inkişafı üzrə müşavirədə deyib.

 

Rusiya liderinin sözlərinə görə, bu ilin yanvar-aprel aylarında qaz hasilatı 246,4 milyard kubmetr təşkil edib.

 

"Bu, keçən ilin eyni dövrü ilə müqayisədə səkkiz faiz çoxdur", - Putin vurğulayıb.

 

Qeyd etmək lazımdır ki, Rusiya hazırda satış şəbəkəsini fəal şəkildə genişləndirir. Xüsusilə, söhbət Sibirin Gücü - 2 qaz kəməri layihəsindən gedir.

 

Putinin Çinə son səfəri zamanı Rusiya və Çin “Sibirin Gücü 2” qaz kəməri layihəsinin həyata keçirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
50
oxu24.com

10Mənbələr