AZ

İspaniya Argentinadakı səfirini buna görə geri çağırdı

İspaniya hökuməti Argentina prezidenti Xavyer Mileyin İspaniyanı və baş nazir Pedro Sançesi təhqir etməsindən sonra Buenos-Ayresdəki səfirini qeyri-müəyyən müddətə geri çağırdığını açıqlayıb. 

"Unikal" xəbər verir ki, buna səbəb Mileyin İspaniya hökumətindən üzr istəməməsi olub.

Qeyd edək ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Argentina prezidentinin Sançeslə bağlı mübahisəli açıqlamalarından sonra Mileydən "ictimai üzr istəməsini"  tələb edib. Lakin Miley onlara cavab verməyib. 

Zərifə Nağıyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
50
unikal.az

10Mənbələr