AZ

Azərbaycandan Rusiyaya 43 milyon ədəddən çox yumurta idxal edilib

Bu günə olan məlumata görə, Rusiyaya ərzaq yumurtası tədarükü başlayandan indiyədək Azərbaycandan 43.1 milyon ədəd, Türkiyədən isə 26.8 milyon ədəd yumurta idxal edilib.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilib ki, mayın 13-dən 19-dək Azərbaycandan 1.2 milyon, Türkiyədən isə 950.4 min ədəd ərzaq yumurtasının növbəti partiyası Rusiyaya sonrakı satış üçün “Yaraq-Qazmalar” buraxılış məntəqəsi vasitəsilə daxil olub.

Qeyd edilib ki, 2024-cü ilin əvvəlindən Rusiya Belarusdan 280.6 milyon ədəd yumurta idxal edib və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə çoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
178
49
banker.az

10Mənbələr