AZ

Qvardiola: “Gələn mövsüm “Mançester Siti”də qalacağam”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola növbəti mövsümdə “şəhərlilər”lə işləməyə davam edəcəyini bildirib.

Arena.az BCC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Gerçəklik odur ki, qalmaqdansa, getməyə daha yaxınam. Klubla danışdıq – məndə elə bir hiss var ki, indi qalmaq istəyirəm. Növbəti mövsümdə qalacağam və mövsüm boyu danışacağıq. Amma səkkiz və ya doqquz ildən sonra – baxarıq”, – deyə “Pep” bildirib.

Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin “şəhərlilər”lə cari əmək müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 471 oyun keçiriblər, 349 qələbə qazanıb, 57 heç-heçə ediblər, 65 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1195:471 nisbətindədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 2 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
1
arena.az

10Mənbələr