AZ

Sabah Zelenskinin səlahiyyət müddəti BAŞA ÇATIR: "Konstitusiyaya əsasən..."

Mayın 21-də Ukrayna Prezidenti Volodimir Zelenskinin beş illik səlahiyyət müddəti başa çatır.

 

Sfera.az bildirir ki, buna baxmayaraq Ukrayna lideri vəzifəsinin icrasına davam edəcək.

 

“TASS” prezidentlərin konstitusiya müddətlərinin başa çatdıqdan sonra öz vəzifələrində qalmaları haqda hazırladığı materialda Zelenski ilə bağlı məsələyə də aydınlıq gətirib.

 

Qeyd olunub ki, bu hallar, əsasən, vətəndaş müharibələri və digər münaqişələr zamanı baş verir.

 

Agentlik bildirib ki, Ukraynada prezident seçkiləri, əsas qanuna görə, 2024-cü ilin martında keçirilməli idi. Lakin hesab edilir ki, ölkədə 2022-ci ilin fevralında tətbiq edilən və bir neçə dəfə uzadılan hərbi vəziyyətə görə bunun tətbiqi hüquqi baxımdan mümkün deyil.

 

Ukrayna Siyasət İnstitutunun direktoru Ruslan Bortnikinin sözlərinə görə, Ukraynanın “Hərbi vəziyyətin hüquqi rejimi haqqında” Qanununun 19-cu maddəsi belə bir müddətdə prezident, Ali Rada və yerli hakimiyyət orqanlarına seçkilərin keçirilməsini birbaşa qadağan edir:

 

“5 illik səlahiyyət müddəti bitdikdən sonra və konstitusiyaya uyğun olaraq yeni prezident seçilənə qədər dövlət başçısının funksiyalarını parlamentin sədri yerinə yetirməlidir”.

 

Eyni zamanda, 2024-cü il fevralın 25-də Ali Radanın sədri Ruslan Stefançuk bəyan edib ki, hazırkı prezidentin səlahiyyətləri yeni seçilmiş dövlət başçısı vəzifəyə başladıqdan sonra başa çatır və buna görə də Zelenski öz vəzifələrini yerinə yetirməyə davam edəcək.

 

Ukrayna Mərkəzi Seçki Komissiyası isə qeyd edib ki, prezident öz səlahiyyətlərini başqa şəxslərə verə bilməz:

 

“O, yeni dövlət başçısı vəzifəyə başlayana qədər öz səlahiyyətlərini həyata keçirməlidir. Hərbi vəziyyət aradan qaldırıldıqdan sonra isə seçkilər baş tutmalıdır”.

 

Qeyd edək ki, Volodimir Zelenski 20 may 2019-cu ildən Ukrayna Respublikasının Prezidentidir.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
50
sfera.az

10Mənbələr