AZ

Dövlət Xidməti: Azərbaycanda akkreditasiya sahəsində pozuntular müşahidə edilir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti 2023-2024-cü illərdə akkreditasiya edilmiş qurumlar tərəfindən qanunvericiliyin tələbləri pozulması halları müşahidə edilib.

Bunu Dövlət Xidmətinin nümayəndəsi Elməddin Quliyev “Milli Metrologiya Forum”unda deyib.

Onun sözlərinə görə, xüsusilə 37 uyğunluğu qiymətləndirən qurumda araşdırma aparılıb: “Araşdırmalar zamanı həmin qurumlarda səlahiyyətlərindən yayınma, eyni zamanda bir sıra digər pozuntular aşkarlanıb.”

O qeyd edib ki, hesabat dövründə əsasən 16 halda akkreditasiya sahəsindən yayınma, 4 halda akkreditasiya olunmadan fəaliyyət göstərmə, 2 halda isə sənədlərin təsdiq edilmiş formaya uyğunsuzluğu aşkarlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
50
banker.az

10Mənbələr