“Avrokuboklar üçün gərgin mübarizə gedir.
Düşünürəm ki, qitə arenasına vəsiqə qazanmayan komandanın adına “Neftçi” - “Sabah” matçında aydın gələcək. Bu matç finala bərabərdir”.
Bu fikirlər “Sportinfo TV“nin aparıcı-eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Premyer Liqada başa çatan 35-ci tur haqda danışarkən, bir sıra məqamlara aydınlıq gətirib.
Xüsusilə “Sabah” – “Sumqayıt” qarşılaşmasında (2:0) qonaq komandanın qapıçısı Mehdi Cənnətovun etdiyi kobud səhvə toxunub.
Elçin Cəfərov eyni zamanda hesabat turunda keçirilən digər qarşılaşmalara nəzər yetirərək, maraqlı şərhlərlə diqqət çəkib.