AZ

İbrahim Rəisinin dəfn mərasimi bu tarixdə keçiriləcək

Həlak olan İran prezidenti və dövlət rəsmilərinin dəfn mərasiminin tarixi və yeri açıqlanıb.

Ednews “tasnim news” agentliyinə istinadən xəbər verir ki, helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən hökumət rəsmilərinin dəfn mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.

Bu barədə Şərqi Azərbaycan əyalətinin valisinin siyasi məsələlər üzrə müavini Həsən Həqiqian məlumat verib.

Onun sözlərinə görə, dünən Vərziğan bölgəsində qəzaya uğrayan helikopterdən çıxarılan cəsədlər Təbrizə göndərilib. İran prezidenti İbrahim Rəisinin və dövlət rəsmilərinin cənazələri məhkəmə-tibbi ekspertizasına aparılacaq.

Oğuz 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
29
ednews.net

10Mənbələr