AZ

NATO hərbçilərinin ölümünə görə Rusiya ilə müharibə olmayacaq - “Financial Times“

NATO ölkələrindən olan hərbi təlimatçıların Ukraynada öldürülməsi Rusiya ilə müharibənin başlamasına səbəb olmayacaq. News365.az xəbər verir ki, bunu Estoniyanın baş naziri Kaja Kallas bildirib.

“Mən təsəvvür edə bilmirəm ki, Ukraynada əcnəbilərdən kiminsə yaralanacağı təqdirdə, ora öz qoşunlarını göndərənlər “Bu, NATO-nun 5-ci maddəsidir. Gəlin Rusiyanı bombalayaq" desinlər. Bu, işlər belə olmur. Mexanizm avtomatik olaraq işə düşmür", - Kallas Financial Times-a müsahibəsində deyib.

Eyni zamanda, o, etiraf edib ki, bir sıra NATO ölkələrindən olan təlimatçılar artıq Ukrayna Silahlı Qüvvələrinə birbaşa bu ölkədə, cəbhə xəttinə yaxın ərazidə təlimlər keçir. "Onlar bunu öz ölkəri üçün və risklər edirlər", - Kallas vurğulayıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bura olduğunu nümayiş etdirirlər. Son aylarda isə Ukraynaya Avropa qoşunlarının, xüsusən də təlimlər keçəcək hərbi birləşmələrin göndərilməsi müzakirə olunur.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
50
news365.az

10Mənbələr