AZ

Şəkidə təsərrüfatların 98%-nin genişzolaqlı internetə çıxışı təmin edilib - FOTOLAR

“Aztelekom” MMC Şəki rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

"Unikal" xəbər verir ki, Şəki şəhərində şəbəkənin tikintisi başa çatdırılıb. Şəhər mərkəzində 22092 təsərrüfatdan 6905 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır.

Rayonun Oxud, Yeni Oxud, Kiş, Çeşməli, Qoxmuq, Zərdüştlər, Çələbixan, Baltalı, Baş Layski, Qumux, Cunud, Şin, Aşağı Göynük, Cumakənd, Orta Zəyzid, Baş Zəyzid, Vərəzət, Qırxbulaq, Köbər Zəyzid, Daşüz, Küdürlü, Çələbixan dördyol, Böyük Dəhnə, Cəfərabad, Çolaqlı, Göybulaq, Dərəcənnət Təzə kənd, Dərəcənnət köhnə kənd, Suçma, Aran, Kiçik dəhnə, Turan, Çayqaraqoyunlu, Şəkikənd, Cəyirli, Aşağı Küngüt və Fazıl kəndlərində 25261 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılaraq təsərrüfatların 98%-nin genişzolaqlı internetə çıxışı təmin edilib.

Ümumilikdə rayon ərazisində 15463 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.

GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidməthaqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə, həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir. 2021-ci ildən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin icra müddətində genişzolaqlı internetə çıxış imkanı yaradılan ev təsərrüfatı və biznes subyektlərinin sayı 2,29 milyona çatdırılıb. Bu, ölkədə mövcud təsərrüfatların 78%-ni təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
50
unikal.az

10Mənbələr