AZ

Erlinq Haland Premyer Liqada bunu ardıcıl 2-ci dəfə bacardı

İngiltərə Premyer Liqasının 2023/2024 mövsümü “Mançester Siti”nin mərkəz hücumçusu Erlinq Haland üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, 2023/2024-cü illər mövsümünə ötən gün keçirilmiş 38-ci turun oyunları ilə yekun vurulub.

“Mançester Siti”nin ardıcıl 4-cü dəfə Premyer Liqanın qalibi olduğu mövsümdə, “şəhərlirlər”in norveçli hücumçusu da yarışın ən sərrast futbolçusu olub. Haland geridə qalan mövsümdə Premyer Liqada 27 qol vurub və ardıcıl 2-ci dəfə yarışın ən sərrast futbolçusu adını qazanıb.

Xatırladaq ki, ötən mövsüm Haland 36 qol vurmuşdu.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 38 qol vurub və 6 məhsuldar ötürmə verib. Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 99 oyun, 90 qol, 15 məhsuldar ötürmə.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Bu mövsüm o, ardıcıl ikinci dəfə İngiltərə çempionu sevincini yaşadı.

Erlinq Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 31 oyuna 27 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 23 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı üç futbolçusundan biri olduğu deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
49
arena.az

10Mənbələr