AZ

Final seriyasında hesab bərabərləşdi

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçirilib.   Manset.az xəbər verir ki, dueldə “Xəzri” və “Sabah” komandaları üz-üzə gəlib. “Sərhədçi” İdman Mərkəzində baş tutan matçda "Sabah" qələbə qazanıb - 94:63. Bu komandalar arasında reallaşan ilk qarşılaşmada "Xəzri" qalib gəlmişdi - 95:70.

Qeyd edək ki, seriyanın növbəti görüşü mayın 22-də oynanılacaq. Üç qələbə qazanan kollektiv qızıl medallara sahib çıxacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
20
manset.az

10Mənbələr