AZ

İstanbul derbisinde qazanan "Fənərbaxça" oldu - YENİLƏNİB 

Bu gün Türkiyə Superliqasında derbi keçirilib.

Adalet.az xəbər verir ki, "Qalatasaray" Türkiyə 37-ci turda "Fənərbaxça"nı qəbul edib.

Görüş "Fənərbaxça"nın qələbəsi ilə başa çatıb.

Oyunda yeganə topu 71-ci dəqiqədə Çağlar Söyüncü vurub.

Qeyd edek ki, qonaq komanda 21-ci dəqiqədən azlıqda oynayıb.

***

11:59

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək.

Adalet.az xəbər verir ki, 37-ci turda "Qalatasaray" evdə "Fənərbaxça"nı qəbul edəcək. "Rams Qlobal Stadionu"nda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu Arda Kardeşler idarə edəcək.

Bu komandalar arasında son görüşdə "Qalatasaray" 3:0 hesablı qələbə qazanıb.

Bugünkü oyun çempionluğ baxımından da əhəmiyyət daşıyır. Əgər "Qalatasaray" heç-heçə etsə və ya qələbə qazansa, çempionluğu rəsmiləşdirəcək.

"Fənərbaxça" isə bu və son turdakı görüşdə qalib gəlməli, "Qalatasaray"ın məğlub olmağını gözləməlidir. 

Hazırda turnir cədvəlində "Qalatasaray" 99 xalla liderdir, "Fənərbaxça" isə 93 xalla 2-cidir.

20:00- "Qalatasaray" - "Fənərbaxça" 

Baş hakim: Arda Kardeşlər

"Rams Qlobal Stadionu"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
3
adalet.az

10Mənbələr