Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçirilib.
“İki sahil” xəbər verir ki, dueldə “Xəzri” və “Sabah” komandaları üz-üzə gəlib.
"Sərhədçi" İdman Mərkəzində baş tutan matçda "Sabah" (94:63) qələbə qazanıb.
Bu komandalar arasında reallaşan ilk qarşılaşmada "Xəzri" qalib gəlmişdi - 95:70.
Qeyd edək ki, bu seriyanın növbəti görüşü mayın 22-də oynanılacaq. Üç qələbə qazanan kollektiv qızıl medallara sahib çıxacaq.